Messi 48-ci kubokunu qazandı

Messi
Messi

Argentinalı hücumçu Lionel Messi 48-ci kubokunu qazanıb.

Onun “İnter Mayami” klubu MLS Kubokunun finalında “Vankuver Uaytkeps” üzərində 3:1 hesablı qələbə qazanıb.

O, daha əvvəl “Barselona” ilə 35 kubok, PSJ ilə üç, “İnter Mayami” ilə isə dörd kubok qazanıb. O, həmçinin milli komanda ilə altı titul qazanıb, o cümlədən FİFA dünya çempionluğunu.

Messi 2023-cü ildən “İnter Mayami”də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm o, bütün yarışlarda 41 oyun keçirib, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.