Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb.

Bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus – “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.

Sözügedən gəmilərin İran və Rusiya arasında hərbi yük daşımasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altında olduğu bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.