Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Danışıqlar müharibənin qarşısını alacaq zəmanətləri əhatə edir” –

User 16 Dekabr 2025 - 17:09 (Last updated: 16 Dekabr 2025 - 17:09)
Vladimir Zelenski

Vladimir Zelenski

Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərə görə kompensasiya mexanizmi hazırlanır və yaxın vaxtlarda Rusiyanın vurduğu ziyanın ödənilməsi üzrə Beynəlxalq Komissiyanın yaradılacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Kompensasiya Komissiyanın yaradılması məqsədilə Haaqada keçirilən diplomatik konfransın açılışında bildirib.

Zelenski qeyd edib ki, hazırda Ukrayna və müttəfiqləri danışıqların ən intensiv mərhələsindədirlər: “Bu danışıqlar yalnız atəşkəsin əldə olunmasını deyil, gələcəkdə yeni müharibənin qarşısını alacaq real və etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılmasını da əhatə edir”.

Ukrayna Prezidenti Rusiyanın enerji infrastrukturuna məqsədli şəkildə zərbələr endirdiyini, soyuq hava şəraitindən təzyiq aləti kimi istifadə etdiyini deyib. Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji dayanıqlığının artırılması birbaşa insanların həyatının qorunmasına xidmət edir və bu istiqamətdə beynəlxalq dəstək həyati əhəmiyyət daşıyır.

O vurğulayıb ki, Rusiya Ukrayna ərazisini işğal edir, şəhərləri dağıdır, dinc əhalini öldürür və eyni zamanda, ərazi güzəştləri tələb edir.

Çıxışının sonunda Zelenski bildirib ki, Ukraynaya tammiqyaslı müharibənin əvvəlində olduğu kimi, güclü və davamlı siyasi dəstək lazımdır. O əlavə edib ki, beynəlxalq birlik Ukraynanın yanında dayanmaqda davam etməli, çünki məsuliyyət və ədalət olmadan davamlı və ədalətli sülh mümkün deyil.

AzPost.az

Post navigation

Previous: Alimlər diabetin ən erkən əlamətini müəyyən ediblər
Next: Parlament Amnistiya layihəsini bu tarixdə müzakirə edəcək

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.