MEDİA Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

17 dekabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

İclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən  Müşahidə Şurasının üzvlərinə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.