Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Orkhan Ali 19 Dekabr 2025 - 10:42 (Last updated: 19 Dekabr 2025 - 10:42)
ilhamaliyevukrayna
Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət ünvanlayıb.
AzPost xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli konqres iştirakçıları!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaq. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ölkədə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri var.
İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçib. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanıb.
Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcək”.

AzPost.az

Post navigation

Previous: Köhnə binalarda yaşayanların nəzərinə: “Ev pulu” artırılır?
Next: Milli Həmrəyliyə futbol mesajı: “Şuşa” PFK ilə “Görədil” FK üz-üzə gəlir

Oxşar xəbərlər

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.