1100 manat köçürüldü, amma karta oturmadı– ABB və Kapital Bank günahı bir-birində görür

Pullar
Pullar

Banklararası pul köçürməsi ilə bağlı vətəndaş şikayəti gündəmə gəlib. Sosial şəbəkə istifadəçisi Toğrul Cəlal paylaşımında Azərbaycan Beynəlxalq Bankı (ABB) vasitəsilə həyata keçirdiyi köçürmənin qarşı tərəfin hesabına daxil olmadığını bildirib.

AzPost xəbər verir ki, məlumata görə, 14 iyun tarixində saat 15:21-də ABB-nin mobil tətbiqi üzərindən Kapital Bank kartına 1100 manat məbləğində pul köçürülüb. Əməliyyat ABB tətbiqində “uğurlu” statusu ilə göstərilsə də, vəsait qarşı tərəfin kartına oturmayıb.

Vətəndaşın bildirdiyinə görə, məsələ ilə bağlı ABB-yə iki dəfə müraciət edilib. Bank tərəfindən köçürmənin sistemdə uğurlu göründüyü və problemin qarşı tərəfin bankı ilə əlaqəli ola biləcəyi bildirilib.

Kapital Bank ilə əlaqə saxlanıldıqda isə bank əməkdaşları vəsaitin onların sistemində qeydə alınmadığını və problemin ABB tərəfdən qaynaqlandığını qeyd ediblər.

Şikayətçi bildirib ki, ABB tərəfindən ona 3–4 gün gözləməsi tövsiyə olunub və yalnız bundan sonra əməliyyatın sistem üzərindən araşdırıla biləcəyi qeyd edilib. Vətəndaş köçürülən vəsaitin təcili ehtiyac üçün nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, son dövrlər banklararası köçürmələrlə bağlı oxşar müraciətlər sosial şəbəkələrdə tez-tez gündəmə gəlir. Bu hallarda prosesin uzanması və tərəflər arasında məsuliyyətin ötürülməsi vətəndaşların narazılığına səbəb olur.

AzPost.az məsələ ilə bağlı ABBKapital Bankın rəsmi mövqeyini dərc etməyə hazırdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.