Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Çin ABŞ-ın 20 hərbi şirkətinə sanksiya tətbiq etdi

User 26 Dekabr 2025 - 15:44 (Last updated: 26 Dekabr 2025 - 15:44)
cin abs gomruk

Çin–ABŞ münasibətlərində gərginlik yeni mərhələyə keçib.

AzPost xəbər verir ki, Çin hakimiyyəti ABŞ-ın hərbi-sənaye kompleksi ilə əlaqəli 20 müdafiə şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Rəsmi Pekinin açıqlamasında bildirilir ki, qərar ÇXR-in “xarici sanksiyalara qarşı mübarizə haqqında” qanununa uyğun olaraq qəbul edilib. Sanksiyalar həm şirkətləri, həm də onların rəhbər şəxslərini əhatə edir. Çin tərəfi bu addımı ABŞ-ın son dövrlərdə həyata keçirdiyi siyasətə cavab tədbiri kimi qiymətləndirir.

Qərara əsasən, siyahıya salınmış şirkətlərin Çindəki bütün daşınar və daşınmaz əmlakı, eləcə də digər maliyyə aktivləri tam şəkildə dondurulur. Bu, həmin şirkətlərin Çin bazarında fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
Xatırladaq ki, bundan əvvəl Pentaqon ABŞ-ın Tayvana satılmasına razılıq verdiyi silahların ümumi dəyərinin 11 milyard dolları keçdiyini açıqlamışdı. Pekin isə Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və bu istiqamətdə atılan hər hansı hərbi addımı ölkənin suverenliyinə birbaşa təhdid kimi qiymətləndirir.

Çin rəsmiləri dəfələrlə bəyan ediblər ki, ABŞ-ın Tayvanla hərbi əməkdaşlığı regionda sabitliyi pozur və gərginliyi artırır. Yeni sanksiyaların da məhz bu siyasətə cavab olaraq tətbiq edildiyi vurğulanır.

AzPost.az

Post navigation

Previous: Ermənistanla sülh prosesində mühüm irəliləyişlər əldə olunub
Next: Ədliyyə Nazirliyi AVP-nin qalmaqallı qurultayının nəticələrini təsdiqləməyib

Oxşar xəbərlər

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14

xƏBƏR

planetlərin kiçik paradı
  • Maraqlı

Alimlər gizli planet aşkar etdilər – kəşfin sirri nədir?

User 11 Noyabr 2026 - 09:45
Astronomlar Ceyms Uebb (James Webb) kosmik teleskopunun əvvəlki müşahidələrində görünməyən nəhəng planetin izlərini yeni üsulla üzə çıxarıblar....
Read more about Alimlər gizli planet aşkar etdilər – kəşfin sirri nədir?
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36
Sudanda 1500 illik nəhəng xristian kilsəsi tapıldı kilse afrika
  • Maraqlı

Sudanda 1500 illik nəhəng xristian kilsəsi tapıldı

User 11 Noyabr 2026 - 09:26
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19
Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.