Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Barselona” Superkubokun finalına yüksəldi

Orkhan Ali 08 Yanvar 2026 - 11:10 (Last updated: 08 Yanvar 2026 - 11:11)
1

İspaniya Superkubokunun yarımfinalında “Barselona” “Atletik Bilbao” üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. AzPost xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən oyunda katalon klubu rəqibini 5:0 hesabı ilə məğlub edib.

Görüşün əsas qəhrəmanlarından biri Fermin Lopes olub. O, bir qol vurub və daha iki qolun ötürməsini verərək matça damğasını vurub. Rafinia iki dəfə fərqlənib, Ferran Torres və Runi Bardci də qol siyahısına adlarını yazdırıblar. Bu nəticə ilə “Barselona” ardıcıl qələbələrinin sayını doqquza çatdırıb.

Hansi Flikin rəhbərlik etdiyi komanda ilk hissədə xüsusilə üstün oyun nümayiş etdirib və fasiləyə qədər dörd dəfə rəqib qapısına yol tapıb. Komandanın gənc ulduzu Lamin Yamal bu hissədə ehtiyat oyunçular skamyasında qalıb.

Hesab 22-ci dəqiqədə açılıb. Fermin Lopesin uğursuz zərbəni xatırladan ötürməsindən sonra topu qəbul edən Ferran Torres yaxın məsafədən dəqiq zərbə ilə fərqlənib. 30-cu dəqiqədə Rafinia cinahdan cərimə meydançasına ötürmə edib, Fermin Lopes isə topu ustalıqla tora göndərərək hesabı 2:0-a çatdırıb.

Dörd dəqiqə sonra Fermin Lopes yenidən məhsuldar ötürmə ilə diqqət çəkib. Onun ötürməsindən sonra Runi Bardci cərimə meydançasında rəqiblərini aldadaraq aşağıdan dəqiq zərbə endirib. İlk hissənin sonlarına yaxın Rafinia cərimə meydançasına sürətli daxil olaraq topu qapının “doqquzluğuna” vurub və hesab 4:0 olub.

İkinci hissədə də “Barselona” üstünlüyünü davam etdirib. 52-ci dəqiqədə “Atletik Bilbao”nun müdafiəçiləri topu uzaqlaşdıra bilməyib və Rafinia sol ayaqla vurduğu zərbə ilə dublunu rəsmiləşdirib.

Lamin Yamal oyunun sonlarında meydana daxil olub və eyni stadionda keçiriləcək final matçına start heyətində çıxacağı gözlənilir. “Barselona” finalda “Real Madrid” – “Atletiko Madrid” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, katalon klubu ötən mövsüm qazandığı Superkubok titulunu qorumağı hədəfləyir. “Barselona” bu turnirdə 14 dəfə qalib gəlib və mümkün yeni qələbə ilə rekordunu 15-ə yüksəldə bilər.

AzPost.az

Post navigation

Previous: ABŞ Somali hökumətinə yardımı dayandırdı
Next: Tramp təhdidlərdən sonra Kolumbiya prezidentini Ağ Evə dəvət etdi

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.