Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Bahalı malların 75%-ni aşağı gəlirli insanlar alır

User 11 Yanvar 2026 - 15:45 (Last updated: 11 Yanvar 2026 - 13:25)
brend

“Gucci”, “Dior”, “Chanel” və “Louis Vuitton” kimi lüks brendlərin əsas müştəri kütləsinin varlılar olduğu düşünülür. Lakin müxtəlif araşdırmalar bu fikri təkzib edir: lüks istehlakın təxminən 75 faizi aşağı və orta gəlirli insanlar tərəfindən həyata keçirilir.

Bəs maddi imkanları məhdud olan şəxsləri bu qədər bahalı və funksional baxımdan əhəmiyyətsiz məhsullar almağa nə vadar edir?

Valyuta.az bu tendensiyanın üç əsas səbəbini araşdırıb.

Birincisi, status axtarışı ilə bağlıdır. Lüks məhsullar istifadəçinin sosial mövqeyini nümayiş etdirən simvollar hesab olunur. Cəmiyyətdə güclü, nüfuzlu və uğurlu təsir bağışlamaq istəyən şəxslər bu cür məhsullara üstünlük verirlər. Maraqlıdır ki, həqiqətən varlı insanlar adətən loqosuz və sadə geyimləri seçir, çünki onların sosial statusunu sübut etməyə ehtiyacı yoxdur. Əksinə, daha az imkanlı şəxslər bu statusu nümayiş etdirmək məqsədilə iri və nəzərəçarpan loqolu məhsullara meyl edirlər.

İkinci səbəb sosial kimliklə bağlıdır. Lüks məhsullar insanın “Mən kiməm?” sualına verdiyi cavabın bir parçasına çevrilir. Bu məhsulları əldə edənlər özlərini müəyyən sosial təbəqəyə aid hiss edirlər. Bahalı “Gucci” geyimlərini geyinən biri, şüuraltı şəkildə özünü yüksək təbəqənin üzvü kimi qəbul edir.

Üçüncü səbəb isə emosional məmnunluqdur. Lüks məhsul almaq, xüsusilə də çətin həyat şəraiti ilə qarşılaşan insanlar üçün qısa müddətli mükafatlandırma və uğur hissi yaradır. Bu səbəbdən bu tip alış-verişlər çox vaxt rasional deyil, emosional qərarlarla həyata keçirilir.

Nəticə etibarilə, bu cür xərcləmələr çox vaxt marketinq vasitəsilə yaradılmış emosional təsirin nəticəsidir. Lüks brendlərin yaratdığı cazibə, alıcının real ehtiyaclarından daha çox onun özünüifadə tələbatına və psixoloji ehtiyaclarına cavab verir.

AzPost.az

Post navigation

Previous: Kərə yağı üçün güzəşt ləğv edildi, qiymət bahalaşacaq?
Next: Azərbaycandan Ermənistana benzinin növbəti partiyası yola salınıb

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.