“Putini oğurlayardım” –Britaniyanın müdafiə naziri

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, Vladimir Putini oğurlayaraq onu müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edərdi.

APA xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Con Hili bu fikri Kiyevə etdiyi birgünlük səfər zamanı, Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumları həyata keçirməsindən cəmi bir neçə saat sonra səsləndirib.

O, Ukrayna prezidenti Volodimir Zelenski ilə prezident sarayında görüşüb və Böyük Britaniyanın Ukraynada mümkün sülhməramlı missiya üçün qoşunlarını hazırlamaq məqsədilə 200 milyon funt sterlinq xərcləyəcəyini açıqlayıb.

Kiyevdə çoxmərtəbəli yaşayış binasına edilən pilotsuz uçuş aparatı hücumunun yerinə baxış zamanı Hili “Kyiv Independent” nəşrinə bildirib ki, əgər istənilən dünya liderini oğurlamaq imkanı olsaydı, “Putini saxlayar və onu müharibə cinayətlərinə görə cavab verməyə məcbur edərdi”.

Onun bu açıqlaması ABŞ-ın yanvarın 3-də Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mübahisəli əməliyyatından sonra səsləndirilib.

Hili bildirib ki, Rusiya prezidentinin müharibə cinayətləri sırasında Ukraynaya ilk səfərlərindən birində Buçada gördükləri və İrpində tanış olduğu bəzi ukraynalı uşaqların oğurlanması da var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.