Dələduzlar yeniyetməni aldadaraq evdən çıxarıb- , 13 milyon oğurlayıblar

Kiber dələduzlar
Kiber dələduzlar

Moskvada dələduzluq yolu ilə törədilmiş külli miqdarda oğurluq faktı üzrə cinayət işi açılıb. AzPost xəbər verir ki, paytaxt polisinin məlumatına görə, hadisə Şimal Medvedkovo rayonunda baş verib.

Məlumata əsasən, iki nəfər dələduz müxtəlif bəhanələrlə 16 yaşlı qızı evdən çıxarıb. Bu zaman onların üçüncü əlbir olan şəxsi mənzilə daxil olaraq seyfi açıb və oradan 13 milyon rubl vəsaiti oğurlayıb. Bildirilir ki, yeniyetmə qız bundan əvvəl də cinayətkarlara 500 min rubl məbləğində pul verib.

Moskva DİN-in İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasına görə, faktla bağlı cinayət işi başlanıb. Hadisədə şübhəli bilinən iki nəfər artıq müəyyən edilərək ifşa olunub.

Hazırda istintaq davam edir, oğurlanan vəsaitin geri qaytarılması və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.