Türkiyədə 6 ay əvvəl itkin düşmüş rusiyalı üzgüçünün meyiti tapılıb

Türkiyədə 6 ay əvvəl itkin düşmüş rusiyalı üzgüçü Nikolay Sveçnikovun Bosforda meyiti tapılıb.

AzPost bildirir ki, DNT testi 20 yanvarda Bosforda tapılan kişinin cəsədinin rusiyalı idmançıya məxsus olduğunu təsdiqləyib. İhlas Haber Ajansının məlumatına görə, İstanbul polisi cəsəddən götürülən nümunələrin ailə üzvlərindən götürülən nümunələrlə üst-üstə düşdüyünü bildirib.

Mərhum rusiyalı idmançı Beşiktaşdakı Bebek sahili yaxınlığında tapılıb. Üzgüçünün valideynləri altı aylıq axtarış zamanı oğullarını sağ tapmaq ümidini heç vaxt itirməyiblər. Onu evdə həyat yoldaşı və bir yaşlı oğlu gözləyirdi.

Prokuror və Rusiya konsulluğunun nümayəndələri ilə valideynlərinin görüş heç bir nəticə verməmişdi. Üzgüçünün axtarışı 31 oktyabrda dayandırılıb.

Boğazda üzmək Nikolay Sveçnikovun çoxdankı arzusu olub. O, avqust ayında 6,5 ​​kilometrlik yarışa əla formada qatılıb. Bir ildən çoxdur məşq edirdi, sağlamlığı yaxşı idi. Nikolay uşaq məşqçisi və üzgüçülük üzrə idman ustası olub. Lakin o, sahilə çata bilməyən 2896 üzgüçüdən yeganə şəxs oldu.

Üzgüçünün yoxa çıxması yarış bitdikdən sonra, ailəsi onunla əlaqə saxlaya bilmədikdə üzə çıxdı. Onu sonuncu dəfə yarışın yarısında digər iştirakçılar görüblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.