Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ChatGPT müştərilərin əldə etdiyi mənfəətdən faiz götürə bilər

Orkhan Ali 22 Yanvar 2026 - 07:19 (Last updated: 22 Yanvar 2026 - 07:22)
chatgpt

OpenAI ənənəvi sabit abunə modelindən imtina edərək nəticəyə əsaslanan ödəniş sisteminə keçə bilər. AzPost xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Sara Frayar son podkast çıxışlarından birində açıqlama verib.

Onun sözlərinə görə, perspektivdə OpenAI “royalti” modelini nəzərdən keçirir. Bu yanaşmaya əsasən, şirkət yalnız müştəri qazanc əldə etdikdə ödəniş alacaq. Frayar buna misal olaraq əczaçılıq sahəsini göstərib. Əgər tərəfdaş ChatGPT və əlaqəli texnologiyalardan istifadə edərək bazarda tələbat görən dərman hazırlayarsa, OpenAI həmin məhsulun satışından lisenziya payı əldə edə bilər.

Sara Frayar OpenAI-nin mövcud biznes strategiyasını mürəkkəb bir mexanizm kimi xarakterizə edərək onu təxminən 43 kvintilyon mümkün vəziyyəti olan Rubik kubuna bənzədib. O xatırladıb ki, əvvəl OpenAI-nin strukturu xeyli sadə idi: bir əsas bulud tərəfdaşı, bir əsas çip istehsalçısı, bir flaqman məhsul və faktiki olaraq tək bir baza abunə paketi mövcud idi. Bu model əsasən hesablama gücünün maliyyələşdirilməsi üçün zəruri sayılırdı.

Lakin Business Insiderin qeyd etdiyi kimi, zamanla bu model daha da mürəkkəbləşib. OpenAI bulud tərəfdaşlarının və çip istehsalçılarının sayını artırıb, məhsul xətti isə artıq yalnız istehlakçı yönümlü ChatGPT ilə məhdudlaşmır. Portfelə Sora adlı video generatoru, korporativ həllər, sahəvi məhsullar və tədqiqat alətləri də daxil edilib. Monetizasiya sistemi də çoxpilləli olub: bir neçə tarif planı, “xidmət kimi proqram təminatı” modeli və yüksək resurs tələb edən tapşırıqlar üçün kredit sistemi tətbiq olunub.

AzPost.az

Post navigation

Previous: Prezident “Qarabağ”ı təbrik etdi –
Next: Qrenlandiya ilə bağlı “ən dəhşətli” ssenarinin qarşısını almaq mümkün olub

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.