Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

İşdən çıxarılan şöbə müdiri məhkəmədə DSMF-ə qalib gəldi

Orkhan Ali 22 Yanvar 2026 - 16:35 (Last updated: 22 Yanvar 2026 - 16:25)
28c17f98b6107275fe0f4e3aa2fef7fb_2b115a04a1a4912375133e528101c3d3_18f04ce6e488c36075651777bcaf955bc555735d27d75b217a2ab8c1b1030d6e1629097377_1629093480_1-jpg-jpg
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Lənkəran-Astara Regional Filialının Cəlilabad qəbul şöbəsinin müdiri vəzifəsindən azad edilən Nahid Rüstəmov işinə bərpa olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nahid Rüstəmov işdən çıxarılmasını məhkəmədə mübahisələndirib. O, işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.
Lakin hakim Fariz Əlizadə Nihad Rüstəmovun iddiasını təmin etməyib. O, iddia müddətinin ötürüldüyünü əsas gətirib. Yeri gəlmişkən, Fariz Əlizadə hakim olmazdan əvvəl DSMF-nin Maliyyə-Mühasibatlıq üzrə Mərkəzi Filialında hüquqşünas kimi fəaliyyət göstərib.
Nihad Rüstəmov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Fariz Əlizadənin qərarını qüvvədə saxlayıb.
Keçmiş şöbə müdiri hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu dəfə Bakı Apellyasiya Məhkəməsi Nihad Rüstəmovun iddiasını təmin edib.
Qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti təqdim etsə də, rüsumun məbləğində yanlışlıq edib. Bu baxımdan, şikayət geri qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi isə yenidən işə baxaraq qərardan kassasiya şikayəti verilməsinin mümkünsüz olması barədə qərardad çıxarıb.
Qaynarinfo bu məlumatlarla əlaqədar Nihad Rüstəmovun özü ilə əlaqə saxlayıb. O, məhkəmə yolu ilə işə bərpa olunduğunu təsdiqləyib.
“Haqlı mübarizəmi daim nəzarətində saxladığına görə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri hörmətli Sənan Hacıyevə, Ali Məhkəmənin hakimləri İspəndiyar Şəfiyev, Əhməd Nurməmmədova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zabit Bəhmənzadəyə və vəkil Tural Şahbazova minnəttarlığımı bildirirəm”, deyə şöbə müdiri bildirib.

AzPost.az

Post navigation

Previous: Taleh Qaraşov müavinini vəzifəsindən azad etdi
Next: Bacısı oğlundan keçmiş deputata ittiham

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.