Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bacısı oğlundan keçmiş deputata ittiham

Orkhan Ali 22 Yanvar 2026 - 16:46 (Last updated: 22 Yanvar 2026 - 16:28)
dea6c4b8177a993f66c120603aee07bb_Untitled-1
Avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.
Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu iddianı səsləndirən isə kənar şəxs deyil, elə keçmiş deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.
Qaynarinfo Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O, əməkdaşımızla söhbətində bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:
“Yuyucu tozların istehsalını və satışını həyata keçirən “Emruz” markasını biz yaratmışıq. Daha sonra isə “Ştutqart” mağazalar şəbəkəsini qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yəni, bilənlər bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesi əlimizdən alıb”.
Pərviz Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə də çox yaxın dost olub:
“Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan istifadə edərək arxasında duran məmurların dəstəyindən yararlanaraq mağazalar şəbəkəsini əlimizdən alıb. “Ştutqart”ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə edib. Lakin biz bu mağazanı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq”.
Qaynarinfo Pərviz Abdullayevin iddiaları ilə bağlı Nəriman Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin zəngimizə keçmiş deputatın köməkçisi cavab verdi. O, Nəriman Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.

AzPost.az

Post navigation

Previous: İşdən çıxarılan şöbə müdiri məhkəmədə DSMF-ə qalib gəldi
Next: OMİD Mağazalar Şəbəkəsi borca düşüb

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.