Avstriyada yerləşən Foyerkogel dağ-xizək kurortunda 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. AzPost xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 26-da ailələr üçün nəzərdə tutulan xizək trasında baş verib. Kurortda istirahət edən Çexiyadan olan turist qrupunun üzvü olan yeniyetmə xizək sürərkən qəza ilə üzləşib.
Bildirilir ki, yeniyetmə hadisə zamanı atası ilə birlikdə trasda olub. O, hərəkət zamanı idarəetməni itirərək təhlükəsiz trayektoriyadan kənara çıxıb və yamacdan aşağı düşüb.
Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub. Ağır xəsarətlər alan yeniyetməyə uzun müddət tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.