Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ədliyyə Nazirliyi QHT-nin ləğv olunması barədə iddia qaldırıb

User 29 Yanvar 2026 - 15:59 (Last updated: 29 Yanvar 2026 - 15:59)
memur33

Saxta orden və medalların təsis edilməsi də daxil olmaqla, qanunvericiliyin bir sıra tələblərini dəfələrlə kobud şəkildə pozmuş “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin dövlət qeydiyyatının ləğvi barədə Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırıb.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iddia 2025-ci ilin oktyabrında qaldırılıb, hazırda məhkəmə prosesi davam edir.

Qeyd edək ki, qeyri-hökümət təşkilatlarının qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, qanunvericilikdə, o cümlədən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan edilməsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda isə QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyinin təsbit edilməsinə baxmayaraq, sözügedən vəzifəli şəxslər tərəfindən bu tələblər kobud şəkildə pozulub.

Toplanmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bundan başqa, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ictimai birliklər dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda, “Qarabağ Əlillərinə Qayğı”, “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və “Dədə Qorqud” Xeyriyyə Fondu qanunvericiliyin tələblərini pozaraq üzvlərinin reyestrini aparmayıb və nizamnamələrinə uyğun fəaliyyət göstərməyiblər.

Sadalanan faktlarla bağlı müvafiq təşkilatlar və onların rəhbərləri barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu (qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Eyni zamanda, QHT-lərin (ictimai birliklər və fondlar) qeydiyyata alınması, həmin təşkilatların müvafiq istiqamətlərə uyğun fəaliyyət göstərməsi və qeyd edilən qurumlardan daxil olan müraciətlərə baxılması zamanı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinin nəzərə alınması, yeni qeydiyyat üçün müraciət edən və əvvəllər qeydiyyata alınmış təşkilatların nizamnamələrinin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilib.

AzPost.az

Post navigation

Previous: 2008-ci ildəki böhranın dəqiq proqnozunu vermiş ekspert –
Next: “Qarabağ hərəkatı” mövzusunu əbədi olaraq bağlamalıyıq” –

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.