İrandan SEPAH-ın terrorçu təşkilat elan edilməsinə reaksiya

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarına reaksiya verib.

AzPost bildirir ki, bu barədə Ynet xəbər portalı məlumat verib.

İran hərbi rəsmilərinin sözlərinə görə, Aİ-nin SEPAH-la bağlı qərarı birbaşa Avropa siyasi xadimlərinə təsir edəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi də Aİ-ni Yaxın Şərqdə müharibə törətmək cəhdində günahlandırıb.

“Hazırda bir neçə ölkə regionumuzda ümumi müharibənin baş verməsinin qarşısını almaq üçün çalışır və onlardan heç biri avropalı deyil. Avropa, əksinə, münaqişəni qızışdırmaqla məşğuldur. Bundan əlavə, qitənin regionumuzda ümumi müharibədən, o cümlədən enerji qiymətlərinin artmasının nəticələrindən ciddi şəkildə əziyyət çəkəcəyini nəzərə alsaq, Avropa Birliyinin hazırkı mövqeyi onun öz maraqlarına ciddi şəkildə zərər verir”, – Əraqçi bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.