Ukraynada məşhur Hollivud rejissoru Stiven Spielberqin filmi qadağan edilib.
AzPost yerli mediaya istinadən bildirir ki, 2004-cü ildə çəkilmiş “Terminal” filmi rus aktyoru Valeri Nikolayevin iştirakı səbəbindən qadağan edilib.
Rus aktyoru Yuri Kolokolnikovun rol aldığı dörd xarici film də qadağan edilib: Bunlar Darren Aronofskinin “Nağd ələ keçirməli” (2025), J.C. Çedoranın “Ovçu Kreyven” (2024), Patrik Hyuzun “Cangüdən” (2017) və Kristofer Nolanın “Tenet” (2020) filmləridir.
Ukrayna filmi olan “Getman Mazepa üçün dua” filmi də da rus aktyoru Nikita Ciqurdanın iştirakı səbəbindən qadağan edilib.