Rusiyanın Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ olub

zəlzələlər
zəlzələlər

Rusiyanın cənubunda, Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib. Güclü təkanlar Novorossiysk və Anapa şəhərlərində hiss olunub.

Bu barədə Novorossiysk şəhərinin meri Andrey Kravçenko məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ şəhərin infrastrukturuna ziyan vurmayıb.

Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzindən zəlzələnin 4.8 bal gücünə malik olduğunu bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.