Şəkidə vəzifəli şəxs işdən çıxarıldı

Vəzifə
Vəzifə

Şəki Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarılıb. AzPost-un oxu.az-a istinadən məlumatına görə, bu barədə icra başçısı Elxan Usubov əmr imzalayıb. Onun əmri ilə icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Eldar Əlyəsər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, E.Məmmədov tanınmış həkim-uroloq Məmməd Məmmədovun qardaşıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.