Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Valyuta dəyişərkən bank niyə telefondan təsdiq istəyir?

Orkhan Ali 20 Fevral 2026 - 11:04 (Last updated: 20 Fevral 2026 - 11:04)
dollar yuan

Banklarda valyuta dəyişdirilməsi zamanı vətəndaşlardan elektron sistem üzərindən təsdiq verilməsi tələb olunur. AzPost məlumat verir ki, bir çox müştəri bu prosesi kredit müraciəti hesab edir və səbəbini anlamadığından narazılıq yaranır.

Mütəxəssislərin sözlərinə görə, tələb edilən təsdiq kredit və ya borclanma ilə bağlı deyil. Banklar maliyyə əməliyyatları zamanı müştərinin şəxsiyyətini və əməliyyatın qanuniliyini yoxlamalıdır.

Qaydalar əsasən valyuta alışı və satışı, tez-tez təkrarlanan konvertasiya və nisbətən iri məbləğli əməliyyatlar zamanı tətbiq olunur. Bu yoxlama maliyyə monitorinqi çərçivəsində aparılır və çirkli pulların yuyulmasının, qanunsuz dövriyyənin və başqasının adına əməliyyatların qarşısını almağa xidmət edir.

Elektron təsdiq verildikdə bank yalnız dövlət informasiya bazasından məhdud məlumat əldə edir. Buraya şəxsiyyət məlumatlarının uyğunluğu və valyuta əməliyyat limitləri daxildir. Telefonun şəxsi məlumatlarına, şəkillərə və ya yazışmalara çıxış mümkün olmur.

Müştəri təsdiq vermədiyi halda bank əməliyyatı həyata keçirməyə bilər. Çünki yoxlama aparılmadan valyuta satışı maliyyə qaydalarının pozulması hesab olunur və bank üçün məsuliyyət yaradır.

Qeyd olunur ki, bu prosedur kredit tarixçəsinə təsir etmir və heç bir borc öhdəliyi yaratmır. Məqsəd yalnız müştərinin identifikasiyası və əməliyyatın qanuniliyinin təmin edilməsidir.

Beləliklə, bankın tələb etdiyi təsdiq kredit rəsmiləşdirilməsi deyil, təhlükəsizlik və maliyyə nəzarəti qaydalarının yerinə yetirilməsi üçün texniki addımdır.

AzPost.az

Post navigation

Previous: Şahzadə Endryu doğum gündə niyə saxlanılıb?
Next: Binəqədidə piyada keçidi avtomobillə bağlandı

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.