Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

45 il əvvəl İspaniyada dövlət çevrilişi etmək istəyən şəxs vəfat etdi

Orkhan Ali 26 Fevral 2026 - 10:30 (Last updated: 26 Fevral 2026 - 06:47)
ispaniya

İspaniyada 1981-ci il 23 fevral dövlət çevrilişi cəhdinə rəhbərlik etmiş sabiq mülki qvardiya podpolkovniki Antonio Tejero 94 yaşında vəfat edib. Bu barədə EFE агентliyi məlumat yayıb.

Məlumata görə, Tejeronun ölümü barədə xəbər hökumətin həmin hadisələrlə bağlı onlarla məxfi sənədi ictimaiyyətə açıqladığı gün yayılıb.

Antonio Tejero 1981-ci il fevralın 23-də silahlı mülki qvardiyaçılarla birlikdə Madriddə parlament binasına daxil olaraq İspaniya Deputatlar Konqresini ələ keçirmişdi. Həmin vaxt parlamentdə Leopoldo Calvo-Sotelonun baş nazir vəzifəsinə namizədliyi üzrə səsvermə keçirilirdi.

Tejeronun “Hamı yerində qalsın!” çağırışı və tavana açdığı atəşlər çevriliş cəhdinin simvoluna çevrilmişdi. Qiyamçılar ölkəni Francisco Franco dövrünün avtoritar idarəçiliyinə qaytarmağa cəhd göstərirdilər.

Lakin çevriliş təşəbbüsü uğursuz oldu. Juan Carlos I televiziya müraciəti ilə konstitusiyanı müdafiə etdiyini bildirdi və qiyamçılara dəstək vermədi. Fevralın 24-də üsyançılar silahı yerə qoydular.

Hərbi qiyamda iştirakına görə Tejero 30 il həbs cəzasına məhkum edilmişdi. O, təxminən 15 il cəza çəkdikdən sonra 1996-cı ildə vaxtından əvvəl azadlığa buraxılmışdı. Son illərini Valensiyada keçirən sabiq zabit ictimaiyyət qarşısında nadir hallarda görünürdü.

Onun vəfatı 1981-ci il uğursuz çevriliş cəhdinin 45-ci ildönümünə təsadüf edir. Tarixçilər həmin hadisəni İspaniyada demokratik sistemin möhkəmlənməsində dönüş nöqtələrindən biri hesab edirlər.

AzPost.az

Post navigation

Previous: Hitlerin doğulduğu ev polis bölməsi olacaq
Next: “İran raketləri regionda tərəfdaşlarımızı təhdid edir” –

Oxşar xəbərlər

rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07

xƏBƏR

rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin noyabrın 10-da Əbu-Dabidə...
Read more about Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür? Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.