Türkiyənin “Qalatasaray” klubu 21 il sonra əzəli rəqibi “Fənərbağça”ya səfərdə qalib gəlib.
“Report”un məlumatına görə, bu, Super Liqanın XXIII tur matçında baş verib.
“Şükrü Saracoğlu” stadionunda keçirilmiş qarşılaşmadan “sarı-qırmızılar” 3:1 hesablı qələbə ilə ayrılıblar.
“Fənərbağça” klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib. Bu qərar Superliqanın XXIII turunda “Qalatasaray”a ev məğlubiyyətindən sonra verilib.
Qeyd edək ki, “Qalatasaray” klubu 21 il sonra “Fənərbağça”ya səfərdə qalib gəlib. “Sarı-qırmızılar” “Şükrü Saracoğlu” stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.