Madrid ABŞ prezidenti Donald Trampın İspaniya ilə bütün ticarəti kəsməklə bağlı təhdidinə cavab verib.
Azpost.info bildirir ki, “Əl-Cəzirə”nin verdiyi məlumata görə, İspaniya Amerika ordusunun İrana qarşı zərbələrlə bağlı missiyalar üçün bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməsi ittihamına reaksia verib.
“ABŞ ticarət embarqosunun potensial nəticələrini aradan qaldırmaq üçün lazımi resurslara sahibik. ABŞ beynəlxalq hüquqa və AB ilə ABŞ arasında ikitərəfli ticarət müqavilələrinə hörmət etməlidir”-deyə İspaniya hökuməti bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Avropa ölkəsinin Amerika ordusunun İrana qarşı zərbələrlə bağlı missiyalar üçün bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməsindən sonra İspaniya ilə bütün ticarəti kəsmək planlarını açıqlamışdı.