İranın qətlə yetirilmiş sabiq rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xameneyi ölkənin növbəti ali lideri olacaq.
Azpost.info bildirir ki, yerli müstəqil media orqanının məlumatına görə, İranın ekspert şurası onu SEPAH-ın təzyiqi altında seçib. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Müctəba Xameneyi 56 yaşındadır. O, Qumdakı dini mərkəzdə ilahiyyat dərsi deyib. Mediada yayılan məlumatlara görə, o, atasına güclü təsir göstərib və ehtimal olunan varis hesab olunurdu. Onun həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələrinin olduğu bildirilir. İddialara görə, o, SEPAH ilə ölkədəki ilahiyyatçılar arasında qarşılıqlı əlaqələri koordinasiya edib.