İranda nüvə materiallarının olduğu obyektlərində zədə qeydə alınmayıb.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məlumat yayıb.
“Peyk görüntülərinə əsasən təhlilə görə, İranda nüvə materiallarının olduğu obyektlərdə zədə qeydə alınmayıb və radioloji sızıntı ilə bağlı hələlik risk yoxdur”, – məlumatda bildirilirb.
Qeyd edilib ki, İsfahanda nüvə obyektinin yaxınlığında iki binada zədə görünür.
Əlavə edilib ki, Nətənz və Buşehr də daxil olmaqla, nüvə obyektlərində riskli vəziyyət yoxdur.