Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə telefon danışığı aparıb

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə telefon danışığı aparıb.

Şahin Mustafayev telefon danışığı zamanı İranın Ali Rəhbərinin və çox sayda İran vətəndaşının ölümü ilə bağlı başsağlığı verib.

Telefon danışığı əsnasında iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.