100 il yaşamaq üçün nə qədər ət yemək lazımdır?

Uzunömürlülük üzrə tədqiqatçı yemək menyusunda ət məhsullarının yerini və hansılarına üstünlük verilməli olduğunu izah edib.

Azpost.info bildirir ki, uzunömürlülər üzərində apardığı işlərlə tanınan tədqiqatçı Dan Buttner 100 yaşa çatmağın yolunun super qidalardan və ya bahalı əlavələrdən asılı olmadığını deyib, ətin qida menyusunda nə qədər tez-tez göründüyündən asılı olduğu barədə müşahidələrini bölüşüb.

64 yaşlı ekspert və National Geographic təqaüdçüsü onilliklər ərzində insanların müntəzəm olaraq 90 və daha çox yaşadığı “mavi zonalar” adlanan bölgələri araşdırıb. Daily Mail-in məlumatına görə, onun tədqiqatı göstərir ki, bu bölgələrin sakinləri ətdən tamamilə imtina etmirlər, eyni zamanda onu hər yeməkdə əsas qidaya çevirmirlər.

Dan qeyd edir ki, tez-tez ət yemək – gündə birdən çox porsiya – xroniki xəstəliklər riskinin artması ilə əlaqələndirilir. “Mavi zona”larda ət təxminən həftədə bir dəfə yeyilir, qidanın əsasını isə tərəvəz, paxlalılar, tam taxıllar və sağlam yağlar təşkil edir.

Büttner özü bu prinsipləri tətbiq edir. Onun səhər yeməyi tez-tez tərəvəz, paxlalı bitkilər, zeytun yağı və avokado ilə zəngin olan qatı Sardiniya üslubunda minestrone şorbasından ibarətdir. Naharda o, özünə sərbəstlik verir və özünü sərt pəhrizlərlə məhdudlaşdırmır, sevdiyi təzə meyvələri qəbul edir. O deyir ki, bu yanaşma sağlamlığı qoruyur və uzunömürlülüyə kömək edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.