“Xameneyi konkret varislə bağlı heç bir vəsiyyət qoymayıb” –İran Ekspertlər Şurasının üzvü

İranın öldürülmüş ali lideri Əli Xameneyi konkret varislə bağlı heç bir vəsiyyət qoymayıb. 

Azpost.info bildirir ki, bu barədə Ekspertlər Şurasının Rəyasət Heyətinin üzvü Möhsün Qumi deyib.

Onun sözlərinə görə, Xameneyi  varisin adı çəkildiyi, və ya konkret bir şəxsi birbaşa göstərmək barədə heç bir vəsiyyət qoymayıb: “Ali Rəhbər liderliyin Ekspertlər Şurasının iradəsi ilə olduğunu, şəxsi və ya ailə mirası məsələsi olmadığını vurğulayıb”.

Onun sözlərinə görə, hazırda mediada yayılan istənilən siyahı və adlar sadəcə təxəyyülün məhsuludur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.