Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranın yeni rəhbəri xalqa ilk müraciətini etdi: “Digər cəbhələr açılacaq” –

User 12 Mart 2026 - 18:02 (Last updated: 12 Mart 2026 - 18:12)
xameneyi olqu

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi xalqa ilk müraciətini edib.

Onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xameneyi bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır. O, Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu bəyan edib.

Xameneyi həmçinin bəyan edib ki, əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb. “Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, – İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xameneyi “düşmənlərin etdiklərinin hesabını ödəyəcəyini” deyib:“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, – o əlavə edib.

O, deyi ki, son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. “Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəf aldıq”.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xamenyi həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin hərbi bazaları mümkün qədər tez bağlasınlar.

Biz qonşularla dostluğa inanırıq-deyə bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi xvurğulayıb. “Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”, – o qeyd edib.

İran hərbçilərinə təşəkkür edən Müctəba Xameneyi xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib. Eyni zamanda, o, Ali Rəhbər seçilməsi ilə bağlı Ekspertlər Məclisinin qərarından İranın televiziya kanalı vasitəsilə xəbərdar olduğunu diqqətə çatdırıb.

 

***

İranın yeni seçilmiş Ali Lideri Müctəba Xameneyi ilk çıxışında seçildiyini İran xalqı ilə eyni vaxtda, televiziya vasitəsilə öyrəndiyini söyləyib.

Müraciətdən sitatları təqdim edirik:

“-Xalqın tələbi təsirli müdafiəni davam etdirməkdir. Hörmüz boğazının blokadasından istifadə etməyə davam etmək də vacibdir. Düşmənin təcrübəsi az və son dərəcə həssas olduğu digər cəbhələrin açılması ilə bağlı müvafiq tədqiqatlar aparılıb və müharibə vəziyyəti davam edərsə və məqsədəuyğunluğa əsaslanaraq onlar aktivləşdiriləcək”.

“-Hər kəsi əmin edirəm ki, şəhidlərinizin qanının intiqamını almaqdan imtina etməyəcəyik. Düşmən tərəfindən öldürülən hər bir insanın qisas məsələsində ayrı bir məsələdir. Əlbəttə ki, bu qisasın kiçik bir hissəsi artıq həyata keçirilib, lakin tam yerinə yetirilənə qədər bu dosye digərlərindən üstün qalacaq. Biz xüsusilə övladlarımızın qanına qarşı həssas olacağıq. Buna görə də, düşmənin Minabdakı Şəcərət əl-Tayyibə məktəbinə və bir sıra oxşar işlərə qarşı qəsdən törətdiyi cinayət bu istintaqda xüsusi yer tutur”.

“-Vurğulamaq istəyirəm: Düşməndən təzminat alacağıq və əgər imtina edərsə, onun əmlakından zəruri hesab etdiyimiz qədər götürəcəyik. Bu mümkün deyilsə, onun əmlakını məhv edəcəyik”.

“-Biz 15 ölkə ilə quru və ya dəniz sərhədlərini bölüşürük. Həmişə hamısı ilə isti və konstruktiv münasibətlər arzulamışıq və arzulamağa davam edirik. Lakin illər ərzində düşmən bölgə üzərində dominantlığını təmin etmək üçün tədricən bu ölkələrin bəzilərində hərbi bazalar qurub.

“-Son hücum zamanı bu hərbi bazalardan istifadə edildi və açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, ölkələrin özlərinə qarşı təcavüz etmədən yalnız bu bazaları hədəf aldıq. Qonşularımızla dostluğun vacibliyinə inansaq da, bunu davam etdirməyə məcbur olacağıq. Bu ölkələr vətənimizə qarşı təcavüzkarlara və xalqımızın qatillərinə qarşı mövqelərini müəyyənləşdirməlidirlər. Tövsiyə edirəm ki, bu bazaları mümkün qədər tez bağlasınlar”

 

AzPost.az

Post navigation

Previous: Tiktoker Əliqismət həbs olunub
Next: Azərbaycan Rusiyaya kənd təsərrüfatı ixracını artıra bilər

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

yer kuresi01
  • Maraqlı

Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə

User 12 Noyabr 2026 - 11:10
Alimlər Yer kürəsinin həyatın heç vaxt yaranmadığı şəraitdə necə inkişaf edəcəyini kompüter modeli vasitəsilə araşdırıblar. Nəticələr göstərib...
Read more about Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə
Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur market
  • Sosial

Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur

User 12 Noyabr 2026 - 10:55
Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər sac yuma
  • Maraqlı

Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər

User 12 Noyabr 2026 - 10:40
Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar kart bank
  • Sosial

Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar

User 12 Noyabr 2026 - 10:27
Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.