600 Çin vətəndaşı İrandan təxliyə olunub

Azərbaycan Çin vətəndaşlarının İrandan təxliyə olunmasına böyük dəstək göstərib.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

Səfir bildirib ki, ABŞ və İsrailin İrana aviazərbələrindən sonra Çin vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxarılması üçün geniş təxliyə tədbirləri həyata keçirilib: “Aviazərbələrdən sonra Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsinə fəal şəkildə kömək edib. Azərbaycan 600-dən çox Çin vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsindən uğurla keçməsinə dəstək göstərib”.

Lu Mey qeyd edib ki, bu addım Çin və Azərbaycan arasında yüksək səviyyəli siyasi qarşılıqlı etimadın növbəti nümunəsidir: “Buna görə Azərbaycan hökumətinə göstərdiyi dəstək və yardıma görə dərin minnətdarlığımı bildirirəm”./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.