Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

İnflyasiya maaş artımını “yeyir” –

User 15 Mart 2026 - 12:30 (Last updated: 15 Mart 2026 - 11:03)
manat

Azərbayanda 2026-cı ilin ilk 2 ayı üzrə ilkin iqtisadi göstəricilər açıqlanıb. 

Azpost.info FED.az biznes maliyyə xəbərləri portalına istinadən xəbər verir ki, Ümumi Daxili Məhsulun artımı ilə yanaşı, ölkədə inflyasiya və maaş artımı göstəriciləri də məlum olub.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlardan məlum olur ki, 2026-cı ilin ilk 2 ayında ölkədə qiymiət artımı maaş artımını xeyli qabaqlayır, daha sadə desək, bu dövrdə qiymətlər maaşlardan daha sürətli artıb.

Belə ki, DSK-nin məlumatlarına görə, 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə əmək müqaviləsi ilə (yəni rəsmi) işləyənlərin sayı 1 milyon 782 min nəfər olub. Həmin vaxt rəsmi işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib. Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölkədə orta aylıq əmək haqqı 1063 manat olmuşdu. Yəni son bir ildə orta əmək haqqı 41 manat artıb.

 

Əmək bazarı və əmək haqqı ilə yanaşı, Dövlət Statistika Komitəsi ölkədə son iki ayda istehlak qiymətləri indeksini – qiymət artımını açıqlayıb. Komitənin məlumatlarından  aydın olur ki, 2025-ci ilin son 2 ayında bir qədər səngiyən qiymət artımı 2026-cı ildə yenidən sürətlənib.

Belə ki, 2026-cı ilin fevral ayında qiymətlər 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz artıb. Ümumi qiymət artımı 3 sahədən formalaşır – qida məhsulları (+ alkoqollu içkilər və siqaretlər), qeyri-qida məhsulları və ödənişli xidmətlər. Əsas diqqət ən çox istehlak olunan mallara – qida məhsullarına (+alkoqollu içki və siqaretlər) yönəlir. Çünki əhalinin xərclərinin yarıdan çoxu məhz bu mallara sərf edilir.

Komitənin məlumatına görə, son bir ildə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,8 faiz olub. Bu dövrdə qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5,7 faiz bahalaşıb.
Başqa sözlə, 2026-cı ilin ilk 2 ayının nəticələrinə əsasən, ölkədə qiymət artımı maaş artımını 3 faiz qabaqlayır. Bu son bir ildə işləyən əhalinin iqtisadi imkanlarının məhdudlaşması və gəlirlərinin real ifadədə (inflyasiya nəzərə alınmaqla) azalması deməkdir.

Hazırki inflyasiya səviyyəsi Azərbaycan hökumətinin 2026-cı il üçün nəzərdə tutduğu səviyyədən yüksəkdir – Maliyyə Nazirliyi sentyabr ayında, 2026-nın büdcəsinin ilkin variantı açıqlananda 2026-cı ildə inflyasiyanın 4,8 faiz olacağını proqnoz edirdi. İnflyasiyanın 2027-ci ildə 4,5 faiz, 2028-ci ildə 4,3 faiz olacağı proqnozlaşdırılıb.

Maraqlıdır ki, inflyasiya ilə bağlı hələlik Mərkəzi Bankın proqnozu daha düz çıxır – Azərbaycan Mərkəzi Bankı iyul ayında elan etmişdi ki, 2026-cı ildə inflyasiyanın 5,3% olacağını gözləyir, amma sentyabrda AMB öz proqnozuna yenidən baxaraq onu 5,7%-ə yüksəldib, hansı ki, biz indi onu müşahidə edirik.

AzPost.az

Post navigation

Previous: Bazarlarda VÖEN-siz ticarətin nə qədər cəriməsi var?
Next: “Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır” –

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.