Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?

uşaq psixoloqu
uşaq psixoloqu

Hər ikisi işləyən ər və arvadın himayəsində iki azyaşlı uşaq var. Valideynlərdən hansısa birinə vergi güzəşti  tətbiq edilirmi?

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Əlavə olaraq, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Sorğuya cavab olaraq bildirilib ki, himayədə olan şəxslərin sayı iki nəfər olduqda, Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.