Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneyinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.
“Biz bu cür xəbərlərə şərh vermirik”, – Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Küveytin “Əl-Cəridə” qəzeti onun 12 martda hərbi təyyarə ilə Rusiyaya aparıldığını və artıq özəl klinikada əməliyyat olunduğunu bildirmişdi.