“Bu, çox yüksək səviyyədə möhtəşəm şahmat oyunudur“.
Azpost.info bildirir ki,bu sözləri ABŞ Prezidenti Donald Tramp İranla müharibəni gedişatını şərh edərkən deyib.
“Şans çox yüksəkdir. Mən çox ağıllı oyunçularla oynayıram. Bunlar (İran-red) ağıllı insanlardır. Əks halda, onlar bu nəticəni əldə edə bilməzdilər. Bu insanların bəziləri ilə işləyərkən kiminlə işlədiyinizi başa düşürsünüz”, – deyə o qeyd edib.
Bu həftə müharibəyə son qoya biləcəyi soruşulduqda, Tramp belə cavab verib: “Bəli, əlbəttə. Düşünmürəm ki, bu, mümkün olsun, amma tezliklə baş verəcək. Bu bitdikdə dünya daha təhlükəsiz bir yer olacaq. Bu, tezliklə baş verəcək”.