Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Şən startlar” adlı mütəhərrik oyunlar üzrə turnir keçirilib

User 17 Mart 2026 - 15:35 (Last updated: 17 Mart 2026 - 21:37)
pink

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində “Şən startlar” adlı mütəhərrik oyunlar üzrə turnir təşkil olunub. 

Turnirdə Quba rayonunun 6 ümumtəhsil məktəbinin – Zərdabi, Bağbanlı qəsəbə, Hacıhüseynli, Səbətlər kənd tam orta ümuumtəhsil məktəblərinin, Quba şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin və Quba rayonu Fzika, Riyaziyyat, İnformtika Tmayüllü Liseyin VI siniflərində təhsil alan 36 nəfər qız şagird iştirak edib.

Olimpiya sistemi üzrə keçirilən turnirin final oyununda Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idmançıları Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandasını məğlub edərək turnirin qalibi adını qazanıblar.

Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinə qalib gələrək üçüncü yeri tutub. Turnirin yekununda qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsini təşviq etməkdir.

AzPost.az

Post navigation

Previous: Ukrayna Aİ-nin “Drujba” neft kəmərinin bərpasına dəstək təklifini qəbul edib
Next: İran səfiri Müctəba Xameneinin Moskvada müalicə alması xəbərlərini təkzib edib

Oxşar xəbərlər

ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.