Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

LeoBank öz səhvi ucbatından vətəndaşı çətin vəziyyətə qoyub?

Orkhan Ali 19 Mart 2026 - 12:24 (Last updated: 19 Mart 2026 - 12:24)
78618b527798155cf46657cd0ac9f1e7_1740836996_1736322825_internet_bank_leobank_second

Vətəndaşın bankla bağlı şikayəti sosial şəbəkələrdə diqqət çəkib. AzPost.az saytı xəbər verir ki, Tofiq Əliyev adlı istifadəçi Leobank ilə yaşadığı problemi ictimai şəkildə paylaşıb.

Vətəndaşın sözlərinə görə, o, ötən ilin noyabrın 11-də Leobankdan 1500 manat kredit götürüb. Dekabrın 12-də ödəniş etmək istədikdə sistemdə texniki səbəbdən ödənişin mümkün olmadığı bildirilib. Daha sonra isə məlum olub ki, problem bankın daxili texniki nasazlığı ilə bağlı olub.

Şikayətçi qeyd edir ki, bu səbəbdən onun adına 41 günlük gecikmə qeydə alınıb. 42-ci gün isə məcbur qalaraq krediti birdəfəlik ödəyib bağladığını bildirir. Onun sözlərinə görə, əgər texniki problem yaranmasaydı, ödənişlərini hissə-hissə və vaxtında edə bilərdi.

Vətəndaş həmçinin bildirir ki, son üç ay ərzində dəfələrlə bankla əlaqə saxlamasına baxmayaraq, ona hər dəfə “müraciətiniz icradadır” cavabı verilir. O, bu vəziyyətin həll olunmamasından narazılıq etdiyini və məsələ ilə bağlı daha məsul şəxslərin müdaxiləsini istəyir.

Şikayətdə qeyd olunur ki, kredit gecikməsi ilə bağlı məlumatın kredit tarixçəsinə təsir etməsi vətəndaş üçün əlavə çətinlik yaradır. Bu səbəbdən o, həm bankdan, həm də müvafiq qurumlardan problemin ədalətli şəkildə araşdırılmasını tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.

Post navigation

Previous: Avropada təbii qazın qiyməti 850 dolları ötdü
Next: İmişlidə sovet bayrağı qaldırmış Saleh Səmədovun həbs qərarı uzadıldı

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.