Avropa Orbanın vetosunu rədd etdi –Ukraynaya 90 milyard veriləcək

Macarıstanın bloklamasına baxmayaraq, Avropa Ukraynaya vəd edilmiş 90 milyard avroluq kredit verəcək.

Azpost.info bildirir ki, bu barədə qərarı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu açıqlayıb.

“Qərar dekabr ayında Avropa Şurası tərəfindən qəbul edilib və bir şərt irəli sürülüb: üç ölkə bu kreditdə iştirak etməyəcək. Bu şərt yerinə yetirilib. Kredit hələ də bloklanıb, çünki bir lider sözünə əməl etmir. Amma Kiyevdə dediklərimi təkrarlayım: vədimizi bu və ya digər şəkildə yerinə yetirəcəyik!”deyə o vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron deyib ki, dövlət və hökumət başçıları bir qərar barədə razılığa gəldikdə, ona hörmət edilməlidir: “Əks halda, bu, müəyyən mənada əməkdaşlığımızın mənasının süqutudur. Buna görə də, mənim üçün “B planı” yoxdur, çünki “A planı” həyata keçirilməlidir. Avropa Şurasının etibarlılığı bundan asılıdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.