NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə edib

NATO yerli ordunu yetişdirmək üçün təlim missiyasının bir hissəsi olaraq orada olan bütün qoşunlarını İraqdan Avropaya təxliyə edib.

Bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, qoşunların təxliyə edilməsi Yaxın Şərqdəki müharibə səbəbindən Avropa hərbi heyətinə qarşı yaranan təhlükəsizlik təhdidləri ilə əlaqədardır.

“Bütün NATO heyətinin İraqdan Avropaya təhlükəsiz şəkildə köçürülməsinə görə İraq Respublikasına və bütün NATO ölkələrinə təşəkkür etmək istərdim”, – deyə o bildirib. O əlavə edib ki, NATO-nun Neapoldakı regional qərargahı artıq İraqla məsafədən əməkdaşlıq edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.