Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı

User 17 Noyabr 2026 - 13:33
herbci ermeni esir

Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Rəhim oğlu Musayevin cinayət işi Gorus Məhkəməsinə göndərilib.

Ermənistan mediasının məlumatına görə, iş Sünik vilayət məhkəməsinin hakimi Qraç Dacuntsun icraatına verilib. Bu barədə “NEWS.am”a “Datalex” məhkəmə informasiya sistemindən məlumat verilib.

İttiham aktına əsasən, Nəsimi Musayev 2026-cı il yanvarın 28-dən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti zamanı onun sərəncamında 1961-ci ildə istehsal edilmiş, zavod nömrəsi MM 5087 olan “AKM” avtomatı, 7,62 millimetrlik 140 döyüş və 10 boş patron, həmçinin bir süngü-bıçaq olub.

İttihama görə, N.Musayev 2026-cı il sentyabrın 26-da Azərbaycanın Laçın rayonu ərazisində yerləşən  döyüş mövqeyində xidmət apararkən Ermənistanın Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin inzibati ərazisindən keçərək ölkənin dövlət sərhədini qanunsuz keçib. O, bununla yanaşı, gömrük nəzarətindən keçirmədən avtomatı, döyüş sursatlarını və süngü-bıçağı da Ermənistan ərazisinə keçirib.

Daha sonra N. Musayev Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki kəndinə gəlib. İttihamda bildirilir ki, sentyabrın 30-dan oktyabrın 1-dək kəndin 6-cı küçəsində yerləşən 20 nömrəli evə sakinlərin iradəsinə zidd olaraq qanunsuz daxil olub.

O, evdən 12 min dram dəyərində “Xiaomi” markalı mobil telefon, 5 min dram dəyərində ağıllı saat və bir şalvar götürüb. Qonaq otağından 9 min dram və bir bank kartı, evin giriş qapısının qarşısından isə müxtəlif cütlərə aid iki sol ayaqqabı götüürüb.

İttihama əsasən, 2026-cı il oktyabrın 1-də həmin evdə yaşayan azyaşlı Rozi və Kadjik Avetisyan evə qayıdıblar və N. Musayevi mənzildə görüblər. N.Musayev onları qonaq otağındakı divanda oturdub.

Qızı Rozi ilə telefon danışığından evdə silahlı şəxsin olduğunu öyrənən Ani Avetisyan mənzilə gəlib.

İttihamda iddia  olunur ki, N. Musayev avtomatdan altı dəfə atəş açıb. Güllələrdən biri Ani Avetisyanın sol bud nahiyəsinə dəyərək deşici odlu silah yarası törədib.

Hadisədən sonra N.Musayev hadisə yerindən qaçaraq Şəki kəndinin 6-cı küçəsindəki 26 nömrəli evin yaxınlığında yerləşən tövlədə gizlənib. O, həmin gün saat 16:15-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Cinayət işi üzrə məhkəmə prosesi Gorus Məhkəməsində keçiriləcək.

AzPost.az

Post navigation

Previous: Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu

Oxşar xəbərlər

ukr korpu
  • Dünya

Ukrayna Krım körpüsünə “Flamingo” raketi ilə ikinci dəfə zərbə endirib

User 17 Noyabr 2026 - 11:08
Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40
Ukrayna
  • Dünya

ABŞ və Ukrayna Berlində təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

User 17 Noyabr 2026 - 09:15

xƏBƏR

herbci ermeni esir
  • Dünya

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı

User 17 Noyabr 2026 - 13:33
Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Rəhim oğlu Musayevin cinayət işi Gorus Məhkəməsinə göndərilib. Ermənistan mediasının məlumatına...
Read more about Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı
Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu menzil
  • Baş Yazı

Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu

User 17 Noyabr 2026 - 13:06
Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
Sabaha olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.