Bələdiyyədən icarəyə götürülən torpaqlar bu halda özəlləşə bilər

İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaqların hüquqi statusu necədir?

Mütəxəssislər bildirirlər ki, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbədə ərazinin arxiv məlumatları və ilkin sənədləri araşdırılmalıdır.

Özəlləşdirmə prosesinə başlamaq üçün ərazinin dəqiq koordinat ölçüləri müəyyənləşdirilməli və müvafiq qurumlara rəsmi müraciət olunmalıdır. Əsas məqamlardan biri isə torpağın bazar qiymətinə uyğun ödənişin edilməsidir.

Torpaq sahəsi mülkiyyətə keçdikdən sonra vətəndaş həmin ərazi üzərində tam sərəncam vermək – satmaq, bağışlamaq və ya girov qoymaq hüququ qazanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.