İranın şimal-qərbindəki Urmiya şəhərinə endirilən hava zərbəsi nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib.
Azpost.info bildirir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hava zərbəsi nəticəsində bir neçə yaşayış binası dağılıb. Tələfat barədə məlumat yoxdur.
Martın 13-də İranın vitse-prezidenti Zəhra Behruzazar ABŞ-İsrail hərbi əməliyyatı zamanı İranda 7943 yaşayış binası da daxil olmaqla ən azı 9669 mülki tikilinin zərər gördüyünü bildirib. O, xüsusilə 32 tibb mərkəzi, 65 məktəb və 13 Qızıl Aypara mərkəzinin zərər gördüyünü qeyd edib.