Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran ABŞ-la dialoq barədə xəbərləri təkzib edib

User 30 Mart 2026 - 12:48 (Last updated: 30 Mart 2026 - 12:20)
iran xin sozçu

İran ABŞ-la danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib.

APA-nın xəbərinə əsasən, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, İran və ABŞ arasında birbaşa dialoq aparılmayıb.

“Sadəcə, bəzi vasitəçilər, o cümlədən Pakistan vasitəsilə bizə ABŞ-ın danışıqlara hazır olması ilə bağlı mesajlar ötürülüb”,- Bəqayi bildirib.

Bəqayi ABŞ-ın İrandan tələblərini “həddən artıq və qeyri-məntiqi” olaraq xarakterizə edib və ABŞ-ı mövqeyini tez-tez dəyişməkdə ittiham edib.

Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin İslamabaddakı görüşünə toxunan iranlı diplomat, ölkəsinin bu görüşlərdə iştirak etmədiyini vurğulayıb.

“Region ölkələrinin sülhə dair narahatlığının olması təqdirəlayiq haldır, lakin hadisələrə realist nəzərlə baxmaq lazımdır. Bu müharibəni İran başlamayıb. Əksinə, İran diplomatik bir prosesin ortasında hücuma məruz qalıb. Dünya unutmamalıdır ki, İran ağıllı bir ölkə olaraq danışıqlara qoşuldu, lakin danışıqlar masasını dağıdan ABŞ oldu”,- İran XİN sözçüsü bildirib.

İranın qonşularla münasibətinə toxunan Bəqayi qeyd edib ki, “İran bütün region ölkələri və Fars körfəzi ətrafındakı dövlətlərlə qonşu olmuşuq və olaraq qalacaq”.

“Bütün qonşu ölkələrlə ortaq mədəni, dini və tarixi dəyərlərə sahibik və heç vaxt qonşu ölkələri düşmən hesab etmirik. Başqaları gedir, biz və qonşularımız isə bölgədə qalırıq”,- İran XİN sözçüsü bildirib.

O, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə almasını “tamamilə əxlaqi və məntiqi” adlandırıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.

“Bütün ölkələr bilir ki, öz ərazisindən başqa bir ölkəyə hücum etmək üçün istifadəyə icazə vermək beynəlxalq qanunlara ziddir və bu, həmin ölkələri hədəfin bir hissəsinə çevirir. İranın etdiyi özünümüdafiədir və bu, heç bir ölkəyə qarşı düşmən hərəkəti kimi qəbul edilmir. Qonşu ölkələrdən gözləntimiz budur ki, beynəlxalq hüquq və normal qonşuluq münasibətləri çərçivəsində öz öhdəliklərinə sadiq qalsınlar. Bu müharibə fitnə-fəsad mənbəyi ola bilər”, – Bəqayi ifadə edib.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Paşinyanın Baş nazir postuna namizədliyi irəli sürülüb

Oxşar xəbərlər

putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.