Avropada ötən ay təbii qaz 27 faiz ucuzlaşıb

Bu ilin fevral ayında Avropada TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,27 ABŞ dolları səviyyəsində olub.

Bu barədə  Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) hesabatında bildirilir.

Belə ki, fevralda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 6%, illik müqayisədə isə 27% azalıb.

Hesabatda bildirilir ki, fevral ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 10,79 dollar təşkil edib, bu da aylıq müqayisədə 12%, illik müqayisədə isə 30% azalma deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (Apa)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.