Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ceyhun Bayramov Hindistanın yeni səfiri Abhay Kumarı qəbul edib

User 01 Aprel 2026 - 17:30 (Last updated: 01 Aprel 2026 - 17:30)
ceyhun hind sefir

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.

Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın “ONGC Videsh” şirkətinin Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Görüş zamanı, həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “İranın yeni rejiminin lideri atəşkəs üçün ABŞ-a müraciət edib” –
Next: Səudiyyə Ərəbistanı neft ixracını 50 faiz azaldıb

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha 2 ay uzadıb. Qərarı...
Read more about Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.