Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Səudiyyə Ərəbistanı neft ixracını 50 faiz azaldıb

User 01 Aprel 2026 - 18:00 (Last updated: 01 Aprel 2026 - 17:35)
neft cellek

Səudiyyə Ərəbistanından neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda mart ayında təxminən iki dəfə azalıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Tanker izləmə məlumatlarına görə, ay ərzində tədarükün həcmi gündə orta hesabla 3,33 milyon barel təşkil edib. Azalma İranın Fars körfəzindən tanker çıxışını faktiki olaraq məhdudlaşdırması ilə bağlıdır və bu, Ər-Riyadı neft axınlarını ölkənin qərb sahilləri vasitəsilə yönləndirməyə məcbur edib. “Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı ixracı Qırmızı dənizdəki terminallara yönləndirə bilməsəydi, azalma daha da ciddi olardı.

Martın 31-də “Reuters” xəbər verib ki, Hörmüz boğazının bağlanması fonunda OPEC ölkələri neft hasilatını 2020-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə endirib. Agentliyin məlumatına görə, mart ayında hasilat əvvəlki ayla müqayisədə gündə 7,3 milyon barel azalaraq 21,57 milyon barelə düşüb. “Reuters” qeyd edir ki, bu dövrdə yalnız iki ölkə — Venesuela və Norveç hasilatı artırıb.

Bundan əvvəl ekspertlər Hörmüz boğazı üzrə gəmiçiliyin daha da məhdudlaşdırılması halında neftin qiymətinin bir barel üçün 200 dollara qədər kəskin arta biləcəyini istisna etmirdilər. Bununla belə, bu ssenari əsas hesab olunmur.

AzPost.az

Post navigation

Previous: Ceyhun Bayramov Hindistanın yeni səfiri Abhay Kumarı qəbul edib
Next: Borc müqalivəsində nələr yazılmalıdır? –

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.