Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb

Nizami Kino Mərkəzinin fasadına müdaxilə aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.

“Aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.

Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin tələbidir”, – deyə məlumatda qeyd edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.