Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

AZTV-də “Sabah” Yaradıcılıq Studiyası bağlanıb

User 07 Aprel 2026 - 13:41
sabah studio
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən “Sabah” Yaradıcılıq Studiyası bağlanıb.
Azpost.info bildirir ki, bu barədə AZTV-yə yaxın şəxslər bildiriblər.
“Sabah”ın rəhbəri, görkəmli rejissor Ramiz Həsənoğlu birbaşa bunu açılamasa da sosial şəbəkədə paylaşımında işarə vurub. “Sabah” yaradıcılıq studiyası. 15 fevral 1993- 7 aprel 2026. Sonrası sükut…”-deyə o yazıb.
 “Sabah” Yaradıcılıq Studiyası Xalq artisti Ramiz Həsənoğlunun təşəbüssü ilə 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Studiya əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. Fəaliyyətə başladığı ilk 10 ildə 26 televiziya tamaşası hazırlanıb. Studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” mükafatına layiq görülüb.
1993-cü ildən 2019-cu ilə qədər “Sabah” Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib.
2019-cu ildə yenidən aktiv fəaliyyətə başlayan “Sabah” Yaradıcılıq Studiyası “Zəng”, ”Sonuncu”, “Son gecə“, ”Yağlı boya ilə ailə portreti”, “Ocaq yeri”, “Televizor” və s. bədii televiziya filmlərini istehsal edib.
Xalq artisti Ramiz Həsənoğlunun ideya müəllifi olduğu “Yad et məni” silsilə layihəsi çərçivəsində görkəmli şəxsiyyətlər haqqında da bədii-sənədli filmlər çəkilib. Həmçinin “Ustad sözü” silsilə verlişi də “Sabah” Yaradıcılıq Studiyasının istehsalıdır.
AZTV bağlanma səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

AzPost.az

Post navigation

Previous: Britaniya ABŞ-a hərbi bazalarından istifadəyə icazə verməyib
Next: İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma –

Oxşar xəbərlər

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.