ChatGPT çatbotunun yaradıcısı OpenAI Kaliforniya və Delaver ştatlarının baş prokurorlarından Elon Maskın işini a raşdırmalarını istəyib.
Azpost.info bildirir ki, bu barədə CNBC məlumat verib.
Şirkətin baş strategiya direktoru Ceyson Kvon Maskı Meta-nın baş direktoru Mark Zuckerberg ilə əlaqəli şəkildə OpenAI-yə hücum etməkdə günahlandırıb. OpenAI hesab edir ki, bu cür hərəkətlər bütün bəşəriyyət üçün nəzərdə tutulmuş qabaqcıl zəkanın (AGI) inkişafına mane ola bilər.
“Bu hücumların məqsədi AGI-nin gələcəyini idarə etmək və onu missiya və ya təhlükəsizlik standartları olmadan rəqiblərə təhvil verməkdir”- deyə Kvonun məktubunda vurğulanır.
Maskın nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər. Məktublar OpenAI və Mask arasındakı məhkəmə prosesində münsiflər heyətinin seçilməsindən bir neçə həftə əvvəl göndərilib.
Tesla-nın qurucusu 2018-ci ildə OpenAI-dan ayrılıb və eyni zamanda şirkətin orijinal qeyri-kommersiya missiyasından yayındığına görə özünün süni intellekt inkişaf şirkəti olan xAI-nı qurub.